Cəmiyyət

Dil xərçəngi zamanı nə etməli?

25 Avqust 2016 23:20
1 Şərh     Baxış: 6 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dil xərçənginin klinik gedişində şərti olaraq 3 mərhələ ayırd edilir. Başlanğıc, inkişaf dövrü və laqeyd dövr.
Başlanğıc dövr -Bu dövrdə xəstədə patalojı ocaqda dəyişik bir hiss olur. Ağız boşluğuna baxış keçirtdikdə müxtəlif dəyişikliklər görünür,patalojı ocaqda selikli qişanın ,toxumanın qalınlaşması, papilyar törəmələr, ağ ərp və s.qeyd olunur. 25  % hallarda bu periodda ağrı olur.
Başlanğıc dövrdə anatomik olaraq  3 formaya bölünür.
-Xora forması-yara ölçüsü 50% hallarda yavaş-yavaş böyüyür ( qalan hallarda sürətlə ).
-Düyünlü forma yara ətrafında ağımtıl ləkələr , qalınlaşma ilə özünü  biruzə verir. Sonuncu halda, zədə nahiyəsində selikli qişa dəyişməz ola bilər. Bu formada adətən yaranın aydın sərhədləri var və xoralar daha sürətli inkişaf edir.
-Papillar forma -selikli qişasının altinda qalınlaşma yaranır. Onlar sürətlə inkişaf edir və tez-tez bütöv mukoza ilə əhatə olunur.
İnkişaf dövrü:

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu zaman bir çox əlamətləri vardır. İlk növbədə, demək olar ki,ağrının intensivliyi xəstələri narahat edir, lakin bəzən, hətta şiş böyük ölçüdə olsada ağrı olmur. Ağrı lokal olur, bəzəndə qulaq, başın müəyyən bir sahədə radiasiya edir.
Tipik simptom ağızdan qoxunun gəlməsidir.
Bu formada anatomik olaraq iki formaya bölünür.
-ekzogen forma.
-endogen forma.
Laqeyd dövr:

Tez inkişaf edir Ətraf toxumanı dağıdır.
Bunuda qeyd etmək lazımdır ki, dilin arxa hissəsinin şişi ön hissəsinin şişinə nisbətən daha bədxassəli olur, bunun müalicəsidə daha çətin olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.