Cəmiyyət

Süngər Bob körpələrə neqativ təsir edir?

25 Avqust 2016 23:45
9 Şərh     Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Psixoloqlar böyüklərin və uşaq auditoriyasının sevimli ulduzuna çevrilmiş dəniz süngəri Bobu uşaqların əxlaqına mənfi təsir göstərməsində və uşaqlarda konsentrasiya qabiliyyətinin pisləşməsində ittiham edirlər. (mama.ua)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yeni test yoxlamaları göstərdi ki, bir neçə dəqiqə ərzində Süngər Bob haqqında cizgi filmini izləyən 4 yaşlı uşaqlar, ağıllı verilişlər izləyən  uşaqlardan  fərqli olaraq, məsələlərin həllində çətinlik çəkir və daha çətin konsentrasiya olurlar.

Alimlər  bunu uşaqların sevimli cizgi film qəhrəmanlarının davranışlarını xaotik olaraq  təqlid etməsi ilə izah edirlər. Həmçinin mütəxəssislər əmindirlər ki, belə cizgi filmlərində kadr dəyişkənliyi tez-tez olur və daha az məntiqli olur, bundan da, uşaq psixikası çox qıcıqlanır.   

Alimlər valideynlərə bildirirlər ki, bu kimi cizgi filmlərinin "imkanlarını" bilmək vacibdir, axı onlar uşaqların təhsil alma və özünə nəzarət etmə qabiliyyətlərinə mənfi təsir göstərir Mütəxəssislər əmindirlər ki, belə cizgi filmlərini izləyən uşaqlardan gündəlik həyatda normal davranış gözləmək çox çətindir.

Buna görə də psixoloqlar valideynlərə məsləhət görürlər ki, uşaqları üçün cizgi film seçiminə çox ciddi yanaşsınlar və daha sakit məşğuliyyətlərə üstünlük versinlər.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə xristian yevangelist kilsəsi də  Süngər Bobu insanlara mənfi təsir etməsində təqsirlədirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.