Cəmiyyət

Sərxoş sürücülər polisin əsəbləri ilə oynadılar - VİDEO - FOTO

24 Avqust 2016 15:40
2 Şərh     Baxış: 3 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"300 qram içmişəm, ürəyimdən əməliyyat olunmuşam"

DYP Göygöldə kütləvi reydləri davam etdirir.

Sərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinləri və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub. Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisələr də qaçılmaz olub. 

Kəpəz TV-nin (Region TV) əməkdaşları da yollarda hərəkətin təhlükəsizliyini təmin edən polislərin reydində iştirak ediblər.

Reydi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı şəhərindən ezam etdiyi əməkdaşları ilə Göygöl Rayon Dövlət Yol Polisi bölməsi birgə keçiriblər. Hədəf kimi hərəkətin intensivliyi müşahidə olunan Gəncə-Toğanalı və Gəncə-Topalhəsənli avtomobil yolları seçilib. Yol polisləri yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən  və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı barışmaz mövqe tutublar.  

Reyd zamanı sərxoşluq əlamətləri olan sürüclər özlərinə haqq qazandırmağa çalışıblar. Hətta bəzi hallarda polisə müqavimət göstərməyə cəhd edənlərə də rast gəlinib.

Bəzi sürücülər isə sərxoş olmalarını etiraf etsələr də, yazılan protokollarda qeyd edilən cərimə ilə razılaşmayaraq mübahisə yaradıblar. 

Bütün etirazlara baxmayaraq sərxoşluğu müəyyən edilən sürücülər barəsində müvafiq tədbirlər görülüb. Eləcə də, yol polisinə qarşı zor tətbiq etməyə cəhd göstərənlər əməliyyat qrupu tərəfindən polis şöbəsinə aparılıblar.

İsa Deystani - BDYPİ-nin baş inspektoru: "Bizim əsas məqsədimiz sürücüləri maarifləndirməkdir, onları və digər hərəkət iştirakçılarını bədbəxt hadisələrdən qorumaqdır. Sizin vasitənizlə bir daha sükan sahiblərinə müraciət edərək onları sərxoş halda avtomobil idarə etmədən yayındırmağa çağırıram. Əks halda qanunun tələbləri qaçılmazdır".

Reyd zamanı 20-yə yaxın sürücü sükan arxasına sərxoş oturduğu üçün məsuliyyətə cəlb edilib. Yol polisinin bu istiqamətdə tədbirləri davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Sərxoş sürücülər polislərin başına oyun açdılar - Mübahisə, gərginlik, qarşıdurma

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.