Cəmiyyət

Gündə 100 qr meyvə görün nəyə qadirdir

23 Avqust 2016 23:55
7 Şərh     Baxış: 2 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici mətbuatın məlumatına görə, Çin və İngiltərə alimləri 7 il ərzində yarım milyon insanın qidalanmasını və həyat tərzini təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, gündə 100 qr meyvənin qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini 30 % azaldır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada iştirak edən insanlar eksperimentin əvvəlində ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmirdi və hipotenziv (təzyiq salan) preparatları qəbul etmirdi. 7 ildən sonra məlum olub ki, hər gün meyvə yeyən insanlarda ürək-damar sistemi xəstəlikləri, insult və infarkt kimi ağır pozulmalar meyvə yeməyən insanlarla müqayisədə xeyli az təsadüf edilir.
Alimlər ürək-damar sistemini qorumaq istəyən insanlara hər gün ən azı 100 qr meyvə yeməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.