Cəmiyyət

Rövşən Lənkəranskini güllələyən daha 2 nəfər tutuldu - SON DƏQİQƏ

19 Avqust 2016 09:26
26 Şərh     Baxış: 20 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevi İstanbuldakı Barbaros Bulvarında gülləbaran edən 3 nəfərin üçü də tutulub.
Milli.Az bildirir ki,  gülləbarandan az öncə Rövşən Lənkəranskinin dəstəsi ilə oteldə keçirdiyi görüşdə "Hacı Beyləqanski" kimi tanınan Hacı Turabxanlı, habelə "Zaur Sumqaitski" və "Vahid Bakinski" tutulublar. Zaur Sumqaitski və Vahid Bakinski illərdir ki, Azərbaycanda axtarışdadırlar. Onlar hazırda Türkiyədə gizlənirlər.
Son illər Rövşən Lənkəranskinin dəstəsində olan Zaur Sumqayıtski bütün əmrləri sözsüz yerinə yetrirdi.
R.Lənkəranskinin qatilləri sui-qəsddən az sonra tutulublar.
R.Lənkəranskinin olduğu Range Rover-də onunla bir məktəbdə oxumuş şəxs və Türkiyə vətəndaşı da vardılar. Avtomatla silahlanmış 3 şəxs Range Rover-i güllə yağışına tutanda Türkiyə vətəndaşı avtomobildən düşərək qaçıb. R.Lənkəranskinin sinif yoldaşı isə ağır yaralanıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.