Cəmiyyət

Yataq otağınızı zövqlə döşəyin: İDEAL ƏŞYALAR

11 Avqust 2016 22:35
1 Şərh     Baxış: 6 866

Yataq otaqlarımız hər birimizin şəxsi guşəsidir. Lakin günümüzün üçdə birini keçirdiyimiz bu məkanın dizaynına çox zaman biganə yanaşırıq. Ancaq unutmayaq ki, yatmaq qədər vacib olan yatdığımız yerin dizaynına da xüsusi əhəmiyyət vermək vacibdir. Çünki bu, birbaşa olaraq yuxu keyfiyyətinə də təsir edir.

Milli.Az lent.az-a istinadən bir neçə detalla yataq otağını zənginləşdirməyin yolları ilə sizi tanış edir. Zövqlə döşənmiş yataq otaqlarına nail olmaq üçün bunları edin.

Rahat xalı

Yuxudan oyanan kimi ilk təmas yumşaq bir yer olmalıdır. Bunun üçün xalı seçərkən diqqətli olmaq lazımdır.

Mövzu

Yataq otağınızın başdan-ayağa bəzəkli olmasını istəyirsinizsə, bu, tamamilə sizin şəxsiyyətinizi əks etdirəcək mövzuda ola bilər. Başqa bir yol da var: bir neçə kiçik aksessuarla otağınızı daha da şəxsiləşdirə bilərsiniz.

Yastıqlar

Yataq otağınızda ən rahat yer yatdığınız yataq olmalıdır. Bunun üçün ehtiyacınız olan nəsnə rahat yastıqlardır.

Oturmaq üçün künc

Yataq otağınız genişdirsə, qonaq otağınız üçün bir alternativiniz var. Bəlkə kitab oxumaq üçün yataq otağınızda gözəl bir künc yarada bilərsiniz.

Texnologiyadan uzaq

Yataq otağında nə telefon, nə kompüter, nə də televizor olmalıdır. Şəxsi guşənizə xarici dünyanı daxil etməyin.

Şkaf

Yataq otağınızda olan şkafda bir çox əşyanızı saxlaya bilərsiniz.

Böyük bir yataq

Yataq otaqları yatmaq üçündür. Yatağınız nə qədər böyükdürsə, yuxunuz da bir o qədər komfortlu olacaq.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GULLER XANIM · 11 Avqust 2016 22:3700

    Ela beyendim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.