Cəmiyyət

Toydan qayıdan ailə qəzaya düşdü: 4 yaralı - FOTO

31 İyul 2016 09:16
0 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toydan qayıdan ailə üzvləri və qohumlar qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza hadisəsi saat 1.00 radələrində Bakı-Qazax magistralının 124-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1977-ci il təvəllüdlü Həsənov Namiq Firudin oğlunun idarə etdiyi "Toyota Rav" markalı  90 VU 363 dövlət nömrə nişanlı avtomobil  beton səddə çırpılaraq bir neçə dəfə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər- Bakı sakinləri, 1992-ci il təvəllüdlü Əhmədov Kamandar Rəhim oğlu, 1991-ci il təvəllüdlü Əlili Anar Nofəl oğlu və 1963-cü il təvəllüdlü Mahmudova Tahirə Məlik qızı müxtəlif  bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.