Cəmiyyət

Miaz və ya milçək xəstəliyi

31 İyul 2016 10:45
0 Şərh     Baxış: 4 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miaza - parazitar xəstəlik olub entomoz qrupuna aid olan parazitlər tərəfindən törədilir. Adı latın dilindən tərcümədə milçək sözündən götürülüb. Xəstəlik əsasən milçəklər, ağcaqanadlar tərəfindən törədilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, miaz təsadüf nəticəsində həşəratın insanı dişlədiyi zaman meydana çıxır. Xəstəlik əsasən yaşıl və göy milçəklər, ev milçəyi, nəm milçəyi - bir sözlə bütün növ milçəklər tərəfindən törədilir. Belə ki, milçək və ya ağcaqanad insanı dişlədiyi zaman yumurtahüceyrələrini insanın orqanizminə qoyur. Yumurtahüceyrə insanın qanına daxil olur, qan vasitəsilə bütün orqanizmə yayılır. Nəticədə həşərat insanın istənilən orqanında (ürəkdə, beyində və s.) sürfə şəklində yetişməyə başlayır.
Bu xəstəliyə nadir hallarda rast gəlinir. Həşəratın yumurtahüceyrələri insan orqanizminə qida vasitələri ilə də keçə bilir ki, bu da adətən milçəklər yumurtalarını qida məhsullarının üstünə qoyduğu zaman baş verir.
Qida vasitələri ilə milçək yumurtaları istənilən vaxt orqanizmə daxil ola bilir. Onların əksəriyyəti bağırsaqda məhv olurlar. Davam gətirə bilən yumurtalar isə bağırsaqda miaz xəstəliyini əmələ gətirə bilir.
Xəstəliyin əlamətləri yumurtadan sürfə əmələ gəlib, yerləşdiyi yerdə iltihabi əlamətlər əmələ gətirdiyi zaman meydana çıxır. Sürfənin uzunluğu 1-1,5 sm ölçüdə olur. Onlar bağırsaqlarda sancılar və işlətmə əlamətləri ilə xəstəni narahat edir. Xəstələrdə bəzən ürəkbulanma və qusma da müşayət olunur.
Bəzi hallarda milçəklərin yumurtaları yataq dəstindən uretraya daxil ola bilir. Parazitlər uretrada əmələ gəldiyi zaman xəstəlik özünü kəskin ağrılarla göstərir.
Miazların əmələ gəldiyi yerdən asılı olaraq müxtəlif növləri var:
* dəri miazı
* uretrada əmələ gələn miaz
* bağırsaq miazı
* burunda əmələ gələn miaz
* qulaq miazı
* göz miazı.
Miazın ən ağır növü göz miazıdır. O özünü xroniki konyuktvit əlamətləri ilə göstərir, əmələ gələn qurd gözün daxili qişalarını zədələyərək xəstənin korluğuna səbəb ola bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.