Cəmiyyət

Azərbaycanda 20 ton çətənə məhv olundu

30 İyul 2016 21:53
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər cari ilin ötən dövründə də uğurla davam etdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-22-də respublikanın şimal-qərb bölgəsindəki meşə massivlərində DİN-in aidiyyəti qurumlarının əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2016" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair 22 fakt müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 450 kiloqram olan 4187 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazidə 17 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 18 ton 510 kiloqram olan 11 min 973 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.