Cəmiyyət

Azərbaycanda ağır qəza: Qarabağ qazisi və daha 2 nəfər həlak oldu - YENİLƏNİB

30 İyul 2016 21:49
5 Şərh     Baxış: 3 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:49

Yevlaxda biri Qarabağ müharibəsi əlili olmaqla, 2 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunda baş verib. Ağdam rayon sakini Şükürov Elgiz Baxşeyiş oğlunun idarə etdiyi "Tavria" markalı 02 BJ 125 dövlət nömrə nişanlı minik avtomobili  "KamAZ markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü E. Şükürov və sərnişin, Ağdam rayon sakini Məmmədquliyev Azər ölüb.
 
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

20:44

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda "KAMAZ" markalı yük, "OKA" və "QAZ" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış "OKA" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:05-də başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.