Cəmiyyət

Bərdədə maşın su kanalına düşdü: 3 nəfər boğuldu - YENİLƏNİB

30 İyul 2016 20:18
0 Şərh     Baxış: 2 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfər və xəsarət alan 1 nəfərin kimliyi məlum olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bərdə rayon Hızırıı kənd sakini 1961-ci il təvəllüdlü  Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi  "99 HM 703" dövlət nömrə nişanlı "Mercedes"  markalı avtomobil su kanalına düşüb.  
 
Nəticədə, sürücünün özü və sərnişinləri - 1984-cü il  təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il  təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.
 
Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.
 
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
 
17:43
 
Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.
 
Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.