Cəmiyyət

Qripə qarşı yeni peyvənd hazırlanıb

30 İyul 2016 22:40
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika alimləri qripə qarşı yeni universal RedeeFlu adlı vaksin hazırlayıblar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, vaksin heyvanlar üzərində test olunub və yaxşı nəticələr verib. Hal hazırda alimlər vaksini insanlar üzərində sınaqdan keçirməyi planlaşdırır. Eksperiment zamanı vaksin müxtəlif yaşlarda olan 96 könüllüyə yerdiləcək.

Vaksin inyeksiya şəklində deyil, intranazal (burun boşluğundan) yeridilir və bu da onun növbəti üstünlüyüdür.

Alimlər qeyd edir ki, vaksin qripə yoluxmanın qarşısını almır, lakin virusun orqanizmdə yayılmasını xeyli ləngidir.

Vaksinin təsiri 1-2 sezon ərzində saxlanılacaq. Qripp virusu çox tez mutasiya edir ki, bu səbəbdən heç bir vaksin insanı həyatın sonuna qədər qripdən qoruya bilməz.

Yeni vaksin 2017-2018-ci illərdə istifadəyə buraxıla bilər.

Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.