Cəmiyyət

Şəkk etmək, vasvasılıq etmək – ömrü hədər verməkdir

30 İyul 2016 19:45
2 Şərh     Baxış: 2 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox təəssüf ki, cəmiyyətimizdə bəzi insanlar vardır ki, hər bir şeyə şəklə və şübhə ilə yanaşırlar. İstər dini baxımdan olsun, istərsə də fərdi. Bu insanlara vasvası insanlar deyirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu cür insanlar başqalarının qınağına səbəb olar. Allah bu cür insanları sevməz. Ailəsini incidər və hətta özü özündən bezar olar. Bu insan hər şeyi israf edər: suyu, ömrünü, işlərini. "Həqiqətən, Allah israf edənləri sevmir". ("Ənam" 141).
"İsrafçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər". ("Ğafir" 43).
Əgər bir insan qüsl almaq üçün xeyli vaxt sərf edərsə, bu, ibadət olmaz, israf olar. İsraf isə haramdır. Bundan başqa ömrünü hədər verər. Ömrünü hədər verən insanlar cəhənnəmdə fəryad çəkən zaman onlara zalım deyə xitab olunar. Namazı dəfərlərlə təkrar etmək, dəstəmaz və qüslü uzun etmək, nəcasət mövzularında şəkk etmək - ömrü hədər verməkdir.
Qiyamət günü hesabdan əvvəl insana dörd sual verilər. Əgər insan bu mərhələdən keçməzsə, cəhənnəmə gedər. Hesab üçün növbəsi çatmaz. Həzrət Peyğəmbər (s) buyurur ki, bu dörd suallar bunlardır: Ömürünü hansı işlərə sərf etmişdir? Cavanlığını hansı işlərə sərf etmişdir? Malını hansı yoldan alıb və hara xərcləmişdir? Əhli-beytin (ə) dostluğu barədə sual olunar.
Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) nəzərinə görə, vasvası insan aqil deyildir, bəlkə səfehdir. Çünki şeytanın ardınca düşər və ona itaət edər. Şeytan onun ağlına təsir edər. O, elə bir iş görər ki, Allah ondan bu cür iş istəməmişdir. "Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın). Allahdan qorxun ki, Allah eşidən və biləndir". ("Hucurat" 1).
Yəni, ey müsəlman, Peyğəmbərin (s) rəftarına və əməllərinə bax və onun ardıcılı ol. Bax gör risalə nə deyir, ona əməl et. Namazda, orucda əhkam necədir, ona əməl et.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.