Cəmiyyət

Xərçəng riskini azalda bilən, diabeti və qan təzyiqini kontrol edən meyvə

30 İyul 2016 20:15
3 Şərh     Baxış: 4 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Armud dörd fəsildə əldə oluna bilən meyvələrdəndir. Bu meyvə tez həzm olunan, şirin, ləzzətli, vitamin və minerallarla zəngindir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) bu meyvə ilə bağlı buyurmuşdur: "Armud mədəni pak edər və gücləndirər. Yemək üstündən onu yemək faydalıdır, nəinki acqarına. Hər kim ağırlıq hiss etsə, onu yeməyin üstündən yesin".
Armudun faydaları:
 
1. Xərçəng ilə mübarizə aparar. Öd turşularının bağırsaqda toplanması xərçəng üçün şərait yaradar və bağırsaqlarda problemlərə səbəb olar. Armudun tərkibində olan liflər isə bağırsaqların sağlamlığını təmin edər və xərçəng riskini azaldar.
 
2. Diabeti kontrol edər. Armudun tərkibində glisemik az olduğuna görə diabet xəstələri üçün bir desert ola bilər. Əgər diabet xəstəliyinə düçar
olmusunuzsa və meyvə yemək istəyirsinizsə, armudu seçin.
 
3. Həzmi asanlaşdırar. Armud həzm sisteminə yaxşı təsir göstərər. Gün ərzində bir dənə armud yemək liflərə olan ehtiyacın 20%-ni ödəyər. Bu meyvə bağırsaqlarda sürüşkənlik yaradar və qəbizliyin qarşısını alar.
 
4. Yüksək qan təzyiqini aşağı salar. Armudun tərkibində kalium olduğu üçün ürəyin sağlam olmasına yardım edər. Bu meyvə qan təzyiqini aşağı
salar və qanın damarlarda laxtalanmasının qarşısını alar. Armud qan cərəyanını normaya salar və hüceyrələrə oksigenin çatdırılmasına yardım edər.
 
5. Qandakı xolesterini aşağı salar. Bu meyvənin tərkibində pektin maddəsi olduğu üçün qandakı pis xolesterinin səviyyəsini aşağı salar. Əgər bədəninizin immun sistemini gücləndirmək istəyirsinizsə və qış xəstəliklərindən qorunmaq istəyirsinizsə, bu meyvəyə etimad edin. Armud bədənə yardım edər ki, kalsiumu qoruyub saxlasın və sümük ovulmasının qarşısını alsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.