Cəmiyyət

Lənkəranda 17 yaşlı oğlanı maşın vurdu

29 İyul 2016 19:36
0 Şərh     Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda piyadanı maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kənd sakini, 17 yaşlı İlqar Əlizamin oğlu Yusifzadə yolu keçmək istəyərkən rayonun İstisu qəsəbə sakini, 39 yaşlı Zamir Balaxan oğlu Abbasovun idarə etdiyi  "VAZ-2107" markalı, 42 BU 418 dövlət nömrə nişanlı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş sürücü tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada İ. Yusifzadəyə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.