Allah insana yüksək dəyər vermişdir, onu hörmətə, ehtirama layiq bir şəkildə yaratmışdır.
Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır: "Biz Adəm oğlunu mükərrəm, yəni möhtərəm olaraq yaratdıq".
İnsanın özü möhtərəm sayıldığı kimi, orqanları da ehtirama layiqdir. Ona görə də insanın hər hansı bir orqanının satılmasına icazə verilmir. İnsan orqanlarının pis yerlərə tullanması da ən azı özünə hörmətsizlikdir. Bu mənada insan öz vücudundan ayrılan parçalara həmişə ehtiram göstərməlidir. Dırnaq ucları və kəsilən saçlar hara gəldi atılmamalıdır. Əvvəllər belə bir qayda var idi ki, bu saydıqlarımızı həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırardılar. İndi böyük şəhərlərdə yaşayan yüz minlərlə insan bəlkə də öz dırnağını və ya saçını basdırmağa əziyyət çəkir. Ona görə də məsləhətdir ki, onları kağıza büküb zibil qabına atsınlar. Yəni saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, işin başqa bir tərəfinə də baxaq: ola bilsin ki, kiminsə saçı və ya dırnağı başqasına pis təsir göstərə, onun ürəyini bulandıra bilər. İnsanların iyrənməsinə səbəb olmaq onların haqqını tapdalamaqdır. Ona görə də saç və ya dırnaq məsələsində həssas davranmaq lazımdır. Uca Peyğəmbərimiz (s.ə.s.) dırnaqlarını müəyyən günlərdə səliqə ilə kəsər və heç kimin görmədiyi yerdə basdırardı.
Bərbərxanalarda hər gün neçə-neçə insanın saçı qırxılır. Təbii ki, bərbərin hər gün yer qazıb saç basdırmaq imkanı yoxdur. Ancaq bərbərin o saçları havaya sovurması da insanlara qarşı haqsızlıqdır. Bərbər o kəsilmiş saçları bir kağıza bükməli və ya torbaya yığmalı, möhkəmcə bağlamalı, açılmayacağından, dağılmayacağından əmin olduqdan sonra zibil qutusuna atmalıdır. Yəni hər sahədə olduğu kimi bu cür məsələlərdə də dinimizin, əxlaqımızın asan tərəfləri var.
Milli.Az
Cəmiyyət
Saçınızı, dırnağınızı hara gəldi atmayın
29 İyul 2016 23:10
11 Şərh
Baxış: 5 579
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
XƏBƏR LENTİ
- Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir”
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər
- Ancelinanın yeni döyməsi: Bu xatirəni bədənində əbədiləşdirdi - FOTO
- Yadplanetlilər haqda daha bir film çəkəcək
- İsraili növbəti eskalasiyadan çəkindirmək üçün... - Abdullahian
- Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?
- UEFA “Barselona”nı cərimələdi
- Çox asan hazırlanan dadlı peçenye RESEPTİ
- Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
- Meksikada da zəlzələ oldu
- Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
- AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
- İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
- Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
- İmran Əliyev hava limanında saxlanıldı
- Qadınların kişi seçəndə etdiyi səhvlər: İLK 3
- Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı
- Məhsulları internetdə necə təhlükəsiz satmaq olar? – Fırıldaqçıların məşhur sxemləri
- Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
- Qəzzada ölən uşaqların sayı açıqlandı
- Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - VİDEO - FOTO
- Ermənistanda xəstəliyi olanlar da orduya çağırılacaq
- “iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq