Cəmiyyət

Borc verən zaman nələrə diqqət etməliyik?

29 İyul 2016 23:45
2 Şərh     Baxış: 2 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqdan heç nəyi azaltmamalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq, müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nağd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir". ("Bəqərə" 282).

Bəli, Quranın ən böyük ayəsi olan bu ayədə borc almaq və onun hüquqi tərəfləri bəyan edilmişdir ki, hər bir müsəlmanın ona diqqət etməsi zəruridir. Bu ayə bizlərə borc almaqla və ticarət etməklə bağlı 19 əmri bəyan edir.
Hədislərdə oxuyuruq ki, hər kim ticarət edən zaman şahidi olmazsa və malı tələf olarsa, hər nə qədər Allaha dua etsə də qəbul olmaz. Çünki bu insan Allahın yuxarıdakı ayədə buyurduqlarına əməl etməmişdir.
Hər bir insan öz fərdi hüququnu qorumalıdır və malını hifz etmək də bu cür zərurətlərdən biridir. Ticarət edən və borc alan zaman sənəd tərtib etmək çox faydalıdır. Xüsusilə də əgər malı nisyə almaq istəyirsə. Sənəd tətrib edən zaman şahidlərin olması - lazımlı mövzulardandır. Şahidlər adil olmalıdır. İslam cəmiyyəti gərək bir-birinə insanların hüququnu qorumaqda yardım etsin.
Quran nazil olan zaman Ərəbistan yarmadasında 17 nəfərdən çox savadlı insan yox idi. İslam dininin sənəd tərtib etməyə bu qədər təkid etməsi İslamın elmə və hüququn qorunmasına verdiyi xüsusi əhəmiyyətdən bəhs edir.
Ayədən çıxartdığımız əsas nəticələr:
1. İman, əhkama əməl etməyin müqəddiməsidir.
2. Borc alan zaman qaytarma zamanı mütləq təyin edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.