Cəmiyyət

Əməllərimizin həqiqi siması necədir?

29 İyul 2016 23:15
3 Şərh     Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən bir çoxlarımız həmişə bu sözü eşitmişik ki, dünya necə də pis bir yerdir. Lakin buna baxmayaraq, hər birimiz dünyaya çox bağlıyıq. Bu sevgini ürəyimizdən çıxartmaq çətindir və bunun üçün çox zəhmət çəkmək lazımdır. (Tebyan)

Hədislər buyurur ki, bütün günahların kökündə dünya sevgisi durur. Əgər ondan xilas olsan, günahların azalar. Günah qoymur ki, biz həqiqi namaz qılaq. Söhbət həqiqi namazdan gedir, zahirdə qılınan namazdan deyil. Bizim əgər günahlarımız çox olarsa, hətta zahiri namazı belə, tərk edərik.
Allah Təalanın bizim əməllərimizə ehtiyacı yoxdur. Nə mənim pis işlərimin Ona ziyanı vardır və nə də yaxşı işlərim Allaha fayda verər. Bəs niyə bizə deyilir ki, yaxşı işlər görün?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, çünki yaxşı əməllərin sənə lazımdır, sənin dərdinə dəyər. "Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir". ("İsra" 7).
Əgər bu həqiqəti dərk edə bilsək, həyatımız başqa cür olar. "(Allah yolunda) nə mal xərcləyirsinizsə, öz xeyrinizədir". ("Bəqərə" 272).
"Kim nə xeyir iş görübsə - öz xeyrinə, nə pis iş görübsə - öz ziyanınadır". ("Bəqərə" 286).
Bu ayələrdən də göründüyü kimi, etdiyimiz yaxşı əməllər bizə xeyir verər və gördüyümüz pis işlər bizə ziyan vurar.
"Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil". ("Ənkəbut" 6).
"Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir". ("Nəml" 40).
Biz həyatda ona görə çox zaman çətinliklə üzləşirik ki, Allahın bizə verdiyi nemətləri özümüzdən bilirik. Unuduruq ki, bu nemətləri Allah bizə vermişdir. Ona görə bu nemətlərə görə nə şükür edirik və nə nemətləri görə bilirik. Allah buyurur ki, gördüyün işlərin nəticəsini bir gün görəcəksən. İynənin ucu qədər olan əməllər belə, hesaba çəkiləcəkdir. "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir". ("Zəlzələ" 7).
"Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi)". ("Ali-İmran" 30).
Biz əməllərimizin həqiqi simasını görməmişik. Mən bir yalan deyən zaman onun həqiqi simasının necə olduğunu bilmirəm. Hədislər deyir ki, yalan danışan insanın ağzından elə pis iy gəlir ki, yeddi qat səmaya qədər qalxır. Bütün mələklər bu iydən əziyyət çəkir və onu lənətləyirlər.
İnsan heç bir şeyin maliki deyildir, ancaq etdiyi əməllərin malik ola bilər. "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur". ("Nəcm" 39).
"Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə, günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: "Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!". Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir". ("Kəhf" 49).
Allah Təala bizləri əməl dəftəri ilə fəxr edənlərdən qərar versin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.