Cəmiyyət

Yeni antibiotik mənbəyi - insan burnu

28 İyul 2016 19:46
1 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər burundakı bakteriyaları təhlil edərək yeni bir antibiotik növu aşkarlayıblar.
Nature jurnalında çap edilmiş məqalədə deyilir ki, lugdunin adlandırılmış bu yeni dərman digər antibiotiklərin təsir etmədiyi MRSA kimi super bakteriyaların müalicəsində istifadə edilə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, son antibiotik kəşfi 1980-ci illərdə edilib.
Adətən antibiotiklər torpaqda tapılan bakteriyalar əsasında hazırlanır.
Almaniyanın Tübingen Universitetində həyata keçirilmiş bu kəşf isə insan bədənindəki bakteriyalara əsaslanır.
Alimlər deyirlər ki, insan vücudu başqa antibiotiklərin də hazırlanmasına qadir olan qaynaqdır.
Çünki insan bədənində bakteriyalar arasında hər zaman "məkan və qida mübarizəsi" gedir. Lakin bu mübarizədə antibiotiklərin də iştirakı şübhəli idi.
Alimlər isə burundakı "bakteriya mübarizəsini", xüsusən də insanların 30 faizinin burnunda mövcud olan Staphylococcus aureus mikrob qrupunu öyrənib.
Bəs görəsən, ən qorxulu bakteriya sayılan MRSA-in də daxil olduğu bu mikrob qrupu niyə hamının burnunda yoxdur?
Bu suala cavab axtaran alimlər burnunda Staphylococcus lugdunensis mikrob qrupu olanlar və olmayanları araşdırıb. Sonra onlar mikrobun genini dəyişdirərək ona "burundakı mübarizəni" qazanmağa kömək ediblər. Sonra bu gendən antibiotik hazırlayıblar.
Yeni dərman hazırda yalnız siçanların üzərində sınaqdan keçirilib. İnsanların bu dərmandan illər sonra istifadə edəcəyi barədə ehtimallar var.
Əlbəttə ki, insanlar üzərində də dərmanın eyni effektinin olacağını demək tezdir.
Bütün hallarda alimlər antibiotiklərin hazırlanması üçün yeni mənbə tapıb - insan bədəni.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.