Cəmiyyət

Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY

28 İyul 2016 23:10
10 Şərh     Baxış: 6 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə  olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.
Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur.
Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Bu çayın müalicəvi xüsusiyyətləri arasına:
- immun sistemini möhkəmləndirir
- iltihabları azaldır
- sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik yollarını təmizləyir
- damarları möhkəmləndirir, onları daha elastik edir
- aterosklerozun inkişafının qarşısını alır
- ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır
- damarlarda trombların əmələ gəlməsinin qarşısını alır
- arterial təzyiqi tənzimləyir
- orqanizmdə iltihabları azaldır
- xərçəng əleyhinə təsirə malikdir.
Soğan qabığından çay çox faydalı müalicəvi vasitədir. Bu çayı hər gün 1 fincan olmaqla qəbul etmək olar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.