Cəmiyyət

Polisə tabe olmaq istəməyən sürücü hücum etdi - VİDEO

27 İyul 2016 21:11
2 Şərh     Baxış: 3 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol polisi əməkdaşları Qubada reyd keçirib. Yoxlamaların məqsədi istirahət zonalarından gələn sərxoş sürücüləri aşkar etmək olub. Reyd zamanı minik avtomobillərindən birinin sürücüsü olan Əli Hacıyev polisin "Saxla" əmrinə tabe olmayaraq qaçıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, şəhər ərazisindəki dairənin ətrafında bir neçə dəfə dövrə vurduqdan sonra polis əməkdaşlarının dayandığı yerə gələrək maşını saxlayıb.

Yoxlama zamanı avtomobilin başqasına məxsus olduğu və sürücünün heç bir sənədinin olmadığı ortaya çıxıb. Bu da azmış kimi sürücü sərxoş halda olub.

Sərxoş sürücü çəkiliş qrupunun kamerasına əl atmaqdan da çəkinməyib.

Reyd zamanı 52 sürücü barəsində inzibati protokol tərtib olunub.

Sumqayıtda isə Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçirilib.Məqsəd lisenziyasız və müvafiq sənədləri olmadan sərnişin daşıyan mikroavtobus sürücülərini aşkarlamaq olub.Reyd zamanı nəqliyyat vasitəsini sənədsiz sükan arxasına əyləşən 15 sürücü barəsində inzibati protokol tərtib edilib və idarə etdikləri mikroavtobuslar cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polisə tabe olmaq istəməyən sürücü hücum etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.