Cəmiyyət

Qəzalı hala düşən piyada keçidi niyə təmir edilmir? - VİDEO

27 İyul 2016 21:08
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Külli miqdarda dövlət vəsaiti xərclənərək inşa edilmiş keçid məsuliyyətsizlik, ya da ehtiyatzılıq nəticəsində yararsız hala düşüb. Xocahəsən-Lökbatan yolunun 2-ci kilometriliyində yerləşən piyada keçidinin yararsız vəziyyətə düşməsinə təxminən bir il əvvəl yük maşınının kuzovu açıq keçməsi səbəb olub. Bu qədər vaxt keçməsinə baxmayaraq hələ də təmir olunmayıb

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, piyadaların istifadə etməməsi üçün keçidin giriş hissələri bağlanıb. Onlar da məcbur olub keçiddən yox yoldan keçirlər. Asfalta piyada zolağı çəkilməsinə baxmayaraq əksər sürücülər buna əhəmiyyət vermirlər. Bu isə, piyadalar üçün təhlükə deməkdir.

Piyada keçidinin hələ də qəzalı vəziyyətdə olması sürücülər üçün də təhlükə yaradır.

''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, piyada keçidinə xeyli miqdarda ziyan dəyib. Qurum dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəzalı hala düşən piyada keçidi niyə təmir edilmir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.