Cəmiyyət

Nasaz avtobusların xəttə buraxılmasına niyə göz yumulur? - VİDEO

27 İyul 2016 20:59
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərnişinlər avtobusu itələyir, sürücü isə açarı o tərəf bu tərəfə çevirir. Məqsəd yolda xarab olan avtobusu işə salmaqdır.

Kadrlar ötən gün Bakıda çəkilib. Xarab olaraq yolda qalan avtobusun sürücüsü sərnişinlərdən kömək istəyib. Ancaq onlar nə qədər çalışsalar da avtobus işə düşməyib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ümumiyyətlə son zamanlar belə hallara tez-tez rast gəlinir. Bu isə "bənzər hallarda nə edilməlidir" sualını ortaya çıxarır.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova deyir ki, qaydalara görə, hər hansı bir marşrut avtobusu xarab olursa, mütləq sərnişinlər həmin avtobusdan düşürülməli və xəttə olan digər avtobusa mindirilməlidir. Həmçinin sərnişinlər nasaz vəziyyətə düşən avtobusun sürücüsünə ödəniş də etməməlidir. Sərnişinlər ödənişi sadəcə sonuncu mindiyi avtobusa etməlidir.

Bəs görəsən avtobus sürücüləri bu tələbə əməl edirlərmi?

Bəzi sərnişinlər isə belə hallarda sürücülərin rəftarından narazıdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nasaz avtobusların xəttə buraxılmasına niyə göz yumulur?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.