Cəmiyyət

Azərbaycanda "fermer narkobaron" tutuldu – VİDEO - FOTO

27 İyul 2016 20:16
0 Şərh     Baxış: 3 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsunun Ülgüclü kənd sakini, 1960-cı il təvəllüdlü Təvəkkül Mayıl oğlu Məmmədov rayon polis şöbəsinin əməliyyatçıları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, onun Ağsu çayının sağ sahilində, Zərqava kəndi ərazisində icarəyə götürdüyü fermada qanunsuz olaraq əkib-becərdiyi 64 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Əvvələr 1 dəfə məhkumluq həyatı yaşayan T.Məmmədov narkotik tərkibli bitkiləri özünün istifadəsi məqsədi ilə əkdiyini etiraf edib.

Saxlanılan T.Məmmədov bu əməlindən peşman olduğunu bildirib.

Hazırda faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi açılıb və istintaq tədbirləri aparılır.

Müstəntiq Nicat Əhmədzadə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı T.Məmmədovun qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfənginin müsadirə olunaraq götürüldüyünü də bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.