Cəmiyyət

Bakıda avtobuslarda vahid kart işləyəcək

27 İyul 2016 19:02
1 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bütün avtobuslarda nağdsız ödəmə sistemi tətbiq ediləcək.

Milli.Az fins.az-a istinadən bildirir ki, bu barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova nəqliyyatda gediş haqqı ödənişlərinin vahid kartla həyat keçiriləcəyini bildirib:
"İndiyə qədər "Bakıkart" vasitəsilə ancaq bir daşıyıcı şirkətin avtobuslarında və metroda istifadə edilir. Ancaq ilin sonuna qədər bütün avtobuslarda bu kartın tətbiqənə başlanılacaq. Bununla bağlı artıq daçıyıcı şirkətlərə müraciət olunub".
Mətbuat katibinin sözlərinə görə, "Bakıkart" nəqliyyat vatisələri ilə yanaşı muzeylərə, tarixi abidələrə giriş zamanı da istifadə ediləcək. N.Allahyarova qeyd edib ki, vahid kart sisteminin tətbiqınə keçidlə bağlı avtobuslarda ödəmə terminalları quraşdırılacaq. Bununla ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayını dəqiq müəyyən etmək mümkün olacaq.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2014-cü ildə nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə bağlı müxtəlif daşıyıcı şirkətlərə məxsus avtobuslarda ödəmə terminalları quraşdırıb. Ancaq onlar demək olar ki, istifadə edilmədi.
İndi vahid kart sisteminə keçidlə bağlı köhnə terminallların taleyinə gəlincə, N. Allahyarova həmin aparatların istifadə edilməyəcəyini bildirib. Qeyd edib ki, bütün avtobuslarda yeni ödəmə terminalları quraşdırılacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.