Cəmiyyət

"Şübhələrim var idi" - 700 bal yığan abituriyent - VİDEO - FOTO

27 İyul 2016 17:44
1 Şərh     Baxış: 2 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

II və III ixtisas qrupları üzrə qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlərin adları məlum olub. II və III ixtisas qruplarının hər biri üzrə 2 abituriyent, ümumilikdə 4 abituriyent 700 bal toplayıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, qəbul imtahanlarında maksimum bal toplayan Elvin İsayev bu nəticəni III qrup üzrə göstərib. 2 il müddətində əlavə məşğuliyyətlərdən imtina etsə də, o, buna görə peşman deyil. 

Elvin İsayev: "Sınaq imtahanlarındakı nəticələr onu deməyə əsas verirdi ki, bəli, 700 bal yığa bilərəm. Buna özümdə inam var idi. Amma müəyyən qədər şübhələrim də var idi. Düşünürdüm ki, bəlkə, nəyisə bilmərəm, hansısa sualı səhv yazaram. Çox şükür ki, səhvim olmadı, 700 bal toplaya bildim".

Məktəbi əlaçı kimi bitirməyi Elvinin həyəcanını azaltmayıb. Son iki gündə o, özünü yalnız psixoloji cəhətdən imtahana hazırlayıb. Elvin ali təhsilini Azərbaycanda alacağına əmindir, ixtisasla bağlı isə hələ də dəqiq qərar verməyib. 

Elvin İsayev: "Hüquq fakultəsi məni cəlb edir. ADA universiteti mənim üçün cəlbedicidir. Ona görə də 3-cü ixtisas qrupunu seçdim və qarşıma məqsəd qoydum ki, 700 bal toplayım, sonra 2 ixtisas arasında seçim edərəm. İxtisas seçimimi yaxın günlərdə qərarlaşdıracağam". 

Qərarını dəqiqləşdirmək üçün Elvinin 16 gün vaxtı var. Ali məktəblərə ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.