Cəmiyyət

Bitki çayları ana südünə təsir edirmi?

27 İyul 2016 22:10
2 Şərh     Baxış: 2 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi xəstəliklər zamanı müxtəlif bitki çaylarından istifadə etməklə xəstəliyin əlamətlərini aradan qaldırmaq mümkündür.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəs südəmizdirmə zamanı necə, bitki çaylarından istifadə etmək olarmı?
Südəmizdirmə zamanı bitki çaylarının istifadəsi barədə elmi araşdırmalar aparılmayıb, amma bəzi çayların içilib-içilməməsi barədə fikirlər söyləmək olar.
Südəmizdirmə zamanı istifadə ediləbiləcək bitki çayları:
Moruq - ana südünü artırmaq qabiliyyətinə malik olduğu söylənilir. Həm ana, həm də körpə üçün faydalıdır, heç bir mənfi təsiri yoxdur.
Zəncəfil - Təzə zəncəfil dilimlərindən hazırlanmış çay ana südünü artırır, süd vasitəsilə uşağa keçərək mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Gicirtkən çayı - anada südün miqdarını artırır və yorğunluğu aradan qaldıraraq uşağın əhval-ruhiyəsinə təsir edir.
İtburnu çayı - Tərkibində olna bol miqdarda C vitamini sayəsində südü artırmaqla yanaşı, həm ananın, həm də körpənin vitamin balansını ödəyir.
Dəvətikanı - ana südünü artırır.
Ekinezya çayı - döş ağrılarını azaldır, süd artırır.
Ana südünün miqdarını azaldan çaylar:
Nanə, adaçayı, kəklikotu çayı, qara yemişan çayı ana südünün miqdarını azalda bilir. Bu çaylardan uşaqəmizdirmə dövründə ən az 6 ay uzaq durmaq lazımdır.
Yaşıl çay, çobanyastığı çayı, boyotu dəmləməsi, cəfəri, kəklikotu və anason çayları körpənin mədə-bağırsaq sistemində dəyişikliklər əmələ gətirə bildiyinə görə bu çaylardan südəmizdirmə dövründə uzaq durmaqda fayda var.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.