Cəmiyyət

Televizora çox baxanlar mütləq oxusun

27 İyul 2016 22:45
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddət ərzində televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması (tromboemboliya) riski artır. Bu ağır pozulma ölümə səbəb olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu Yaponiya alimləri aşkar edib. Araşdırmalar 20 ilə yaxın davam edib. Nəticədə məlum olub ki, gün ərzində 2,5 saatdan artıq televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması riski 70% qədər çatır.
Tromboemboliyanın digər risk faktorları arasında: artıq çəki, şəkərli diabet, siqaret çəkmək və hipertoniya.
Alimlər daha az televizora baxmağı, televizora baxdıqda hər 1 saatdan bir qalxmağı və yüngül fiziki hərəkətləri etməyi tövsiyə edirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.