Cəmiyyət

Hər qadın bunları bilməlidir - 7 CİNSƏL BİLGİ

27 İyul 2016 08:43
56 Şərh     Baxış: 31 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər qadının mütləq bilməli və diqqət etməli olduğu cinsəl bilgilər var.

Milli.Az lent.az-a istinadən onlardan 7-si ilə xanımları tanış edir.

1. Öz məhrəbanız olsun

Hovuz, jakuzi, Spa mərkəzləri və saunalarda hər zaman öz məhrabanızdan istifadə edin. Bunun sayəsində göbələk və bakterial vagina infeksiyasına yoluxma riskini minimuma endirə bilərsiniz.

2. Vaginanı antibakterial sabunla yumayın

Gün ərzində vaginanızı mütləq yumalısınız. Ancaq antibakterial sabunlardan istifadə etməyin. Təmiz, bol su ilə yuyun və qurudun.

Antibakterial sabunlar vaginadakı pH balansını pozar. Vaginada qoxu və ya qoxulu axıntı var deyə sabun istifadə etdikdə pH balansı pozulacağından daha pis qoxu ilə qarşı qarşıya qala bilərsiniz.

3. Sintetik alt paltarı geyinməyin

Vagina sağlamlığı üçün təmiz pambıqdan olan alt paltarına üstünlük verin. Pambıq alt paltarları vaginanı quru saxlayar və hava almasını təmin edər.

4. Seksual alt paltarlarınızı təmiz saxlayın

Cinsi əlaqədən öncə qısa müddətlik geyindiyiniz alt paltarlarınızı hər dəfə mütləq yuyun. "Onsuz da 5-10 dəqiqəlik geyinmişəm", - deyə düşünüb yumadan yerinə qoymayın.

5. Dar paltarlardan uzaq durun

Xüsusən dar kalqotka və taytları ("lasin") uzun müddət geyinməməyə çalışın. Vaginanın hava almasının qarşısını alan bu paltarlar infeksiyası riskini artırır.

6. Davamlı həkimə gedin

Cinsi əlaqə ilə bağlı olmasa bele, davamlı şəkildə ginekoloqa getməyiniz lazımdır.

7. Anal seksə diqqət edin

Anal seksdən sonra qorunmadan və ya yuyunmadan vaginal sekslə qəti məşğul olmayın! Əks halda ciddi infeksiyalara yoluxa bilərsiniz. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.