Cəmiyyət

Şəkidə yol qəzasında 5 nəfər yaralandı - YENİLƏNİB - SİYAHI

26 İyul 2016 23:18
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə baş verən yol qəzasında yaralanan şəxslərin şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun  Daşüz kənd sakini, Bilal Cəlal oğlu Abdulkərimovun idarə etdiyi "VAZ 2106" markalı 55 BK 471 dövlət nömrə nişanlı avtomobillə rayonun aşağı Göynük kənd sakini 1955-ci il təvəllüdlü Abdurahman Kərim oğlu Abdurahmanovun idarə etdiyi "VAZ 21099" markalı 55 BM 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
 
Qəzadan sonra hər iki avtomobilin sürücüsü Bilal Abdulkərimov,  Abdurahman Abdurahmanov və Bilal Abdulkərimovun maşınında sərnişin qismində olan bir ailənin üç üzvü, rayonun Aşağı Göynük kənd sakinləri 1984-cü il təvəllüdlü Esmira Ehtiram qızı Əlimərdanova, onun övladları 2001-ci il təvəllüdlü Zenfira İlqar qızı Əlimərdanova və 2009-cu il təvəllüdlü Tərlan İlqar oğlu Əlimərdanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 
Şəki RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Zenfira Əlimərdanovun vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar ilə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-stabil qiymətləndirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
 
18:30
 
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2016" və "VAZ 21099" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 4-ü "VAZ 2106" markalı minik maşınında olub. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.