Cəmiyyət

Keçmiş deputatın qardaşı qəza törətdi - FOTO

26 İyul 2016 19:53
0 Şərh     Baxış: 4 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Əliqulu Nərimanov və Əzizbəyov küçələrinin kəsişməsindəki işıqforda baş verib.
Belə ki, "Opel" markalı, 99 EU 568 dövlət qeydiyyat nişanlı avtomobillə "Hyundai" markalı, 50 CM 558 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.
"Opel"in sürücüsü Valeh Saleh oğlu Osmanov yünügl xəsarət alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mikroavtobusun sürücüsü Anar Ağalı oğlu Şeydayev isə xəsarət almayıb. Hər iki şəxs Quba şəhər sakinidir.
Qeyd edək ki, Valeh Osmanov Milli Məclisin sabiq deputatı Hikmət Osmanovun qardaşıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.