Cəmiyyət

Bakı Dənizkənarı parkda rəqs üzrə açıq dərslər keçirilib - FOTO

26 İyul 2016 15:55
Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dənizkənarı parkda rəqs üzrə açıq dərslər keçirilib. Dərslər istəyənlər üçün tamamilə pulsuz keçirilib. Açıq dərslər yay mövsümünün bağlanmasına qədər hər bazar günü keçiriləcək. Layihə Azərbaycan Gənclər İttifaqı (AGİ) Azərbaycan Rəqs Assosiasiyası (ARA), Jam SS rəqs studiyası və Bulvar administrasiyasının dəstəyi ilə həyata keçirilir.

İstənilən şəxs Dövlət Kukla Teatrını arxasındakı açıq meydançaya, hər bazar 18:00-dan 21:00-dək, açıq dərslərə gələ bilər. Dərsləri JamSS studiyasının, dəfələrlə Azərbaycan və Qafqaz çempionları, Avropa və dünya mükafatçıları, Rusiyada və Avropada ustad dərslərini keçən peşəkər müəllimlər keçirirlər.

"Ötən bazar günü bu gözəl bulvarda, bizim ilk açıq dərslər keçirilmişdir. Bu, böyük və vacib layihədə ilk sınaq günü idi və ona görə də bizm illik rəqslər ilə başlamışdıq. Biz şadıq ki, əhalidə böyük maraq göründü. Meydanda xeyli adam toplaşmışdı. Uşaqlar və böyüklər bizim gözəl müəllim Vüqar Rəhimov və Şəms Həsənzadə ilə rəqs edirdilər. Çox adam layihəyə görə təşəkkür bildirirdilər və daha hansı növ rəqs proqramın olacağı barədə maraqlanırdılar", - ARA prezident müavini Anna Levkina dedi.

"Bizim layihənin əsas məqsədi, gənclər arasında rəqs sənətini tanıtmaqdır. Düşünürəm ki, ilk gündən göründüyü kimi, biz vəzifəmizin öhdəsinə gəlmişik. Milli musiqi və Azərbaycan Dövlət Rəqs Ansamblının bir sıra rəqsləri meydançaya çoxlu sayda insanları cəlb edib. Orada uşaqlar, gənclər və yaşlı nəslin nümayəndələri də var idi. Kimsə utanıb rəqs etmirdi və kənarda izləyirdi, ancaq kimsə meydanda fəal iştirak edib, amma istər-istəməz biz maraq gördük, deməli, öz işimizi davam edəcəyik", - ARA prezidenti və AGİ sədr müavini Əziz Əzizov bildirib.

Növbəti bazar günü, iyulun 31, aşağıdakı istiqamətlər üzrə rəqs keçiriləcək:

18:00 - Hip-Hop. Müəllim - Andrew Freeman,

19:00 - Latino. Müəllimlər - Xəyal Əhmədov və Veronika Talıbova,

20:00 - Milli. Müəllimlər - Vüqar Rəhimov və Şəms Həsənzadə.

Biz dərslərə bütün arzu edənləri, Bakının bütün rəqs kollektivlərini və sadə vətandaşları dəvət edirik. Eləcə də, tədbirlərə, uşaq evlərindən və aztəminatlı ailələrdən uşaqlar dəvət olunub. Bütün uşaqlar eyni dərəcədə bütün sahələrdə bilikləri inkişaf etdirmək imkanına malik olmalıdır.

Açıq dərslər bir neçə istiqamətlərdə aparılacaq: milli, latino, şərq, hind, hip-hop və zumba.

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (ARA), Bakı dənizkənarı parkının administrasiyasına, bu böyük sosial layihədə göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildirirlər.

Tədbir zamanı Azərbaycan Dövlət Rəqs Ansamblı və "Atəşgah" ansamblın video materialları istifadə olunub.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.