Cəmiyyət

Sərin hava, əriməyən dondurma, itməyən açar

26 İyul 2016 23:15
1 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Əgər evdə kondisioner yoxdursa, ventilyator isə isti hava verirsə, onda ventilyatorun qabağına buz qoyun. Hava dərhal soyuyacaq.

2. Əgər siz istəmirsinizsə dondurmalarınız ərisin, 2 sellofan paketindən istifadə edin. Dondurmaları sellofanların birinin içinə qoyun və elə bağlayın ki, içində hava qalsın. Sonra birinci paketi ikincinin içinə qoyun və həmin qaydada bağlayın. Beləcə termos alınacaq və dondurmalarınız əriməyəcək.
3. Milli.Az deyerler.org-a istinadən bildirir ki, dondurma almaq heç də vacib deyil, çünki özünüz eləyə bilərsiniz. Bunun üçün plastik stəkan, alüminium folqa, dondurma çubuğu və şirə lazımdır. Əvvəl stəkanın içinə şirə tökürsüz, sonra alüminium folqası ilə üstünü örtürsünüz və dondurma çubuğu ilə folqanı deşib qoyursunuz. Bir müddətdən sonra dondurmanızın dadına baxa bilərsiz.
4. Əgər yayda ayaqlarınız çox gəzəndə ağrayırsa, buzlanmış su butulkasını ayaqlarınızın altında ora-bura diyirlədin.
5. Limonad butulkasını açmaq üçün sadəcə 20 qəpiklik sikkə lazımdır. Butulkanın qapağının altına qəpiyi salıb, asanlıqla butulkanı açmaq olar.
6. İsti gündən əl çəkmək istəyirsinizsə, onda əskini soyuq suya salın və boynunuza qoyun.
7. Əgər biz istəmirik ki, dondurmamız ərisin və üstümüzə tökülsün,onda plastik stəkanın yuxarı hissəsini kəsməliyik və altından deşik açmalıyıq. Bundan sonra dondurmanın çubuğunu həmin deşikdən keçirməliyik və dondurmanı yeməliyik.
8. Əgər siz idmanla məşğulsunuzsa və bilmirsiz ki, açarı hara qoyasınız? Açarı ayaqqabının şnurlarına bağlaya bilərsiniz.
9. Əgər siz milçəklərin sizdən əl çəkməsinizi istəyirsinizsə, onda limonu kəsib üstünə mixək qoymaq lazımdır. Milçəklər həmin yerdə olmayacaq.
10. İçkilərin soyudulmasının daha bir forması budur. Bir butulka götürün, su ilə doldurun və gecə buzluğa qoyun. Səhər sevdiyiniz içki ilə soyuq suyu istənilən tənasübdə qarışdırın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.