Cəmiyyət

İmtahanlar yekunlaşdı: ixtisas seçimində nələrə diqqət edilməlidir? - VİDEO

25 İyul 2016 21:40
1 Şərh     Baxış: 2 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbul imtahanları arxada qaldı. İndi abituriyentləri ixtisas seçimi gözləyir. Bu mərhələdə edilən xırda səhv böyük peşmanlıqla nəticələnə bilər.

İxtisas seçimi edərkən nüfuzlu təhsil ocaqları  ilk sıralarda qeyd olunmalıdır. Çünki reytinqi yüksək olan ali məktəblərin məzunları daha tez iş tapır. Əgər abituriyentin balı dövlət sifarişli yerlərə uyğun gəlirsə, əvvəlcə həmin yerlər, sonrakı sıralarda isə ödənişli fakultələr kodlaşdırılmalıdır. 500-700 arası bal toplayan şəxslər üçün ixtisas seçimində risklər azdır. Aşağı ballarda isə diqqətli olmaq lazımdır.

Hər il ixtisas seçimində hüquq, tibb, iqtisadiyyat kimi ənənəvi nüfuzlu sahələrə  üstünlük verilir. Halbuki bu istiqamətlər üzrə kadr çox olduğundan rəqabət yüksəkdir və iş tapmaq çətindir. Yeni yaranan ixtisaslar isə daha perspektivli hesab olunur.

Çox vaxt kodlaşdırmaya valideynlər müdaxilə edib, gəlirli sahələri seçirlər. Bu vaxt abituriyentin istəyinin nəzərə alınmaması gələcəkdə uğursuzluqla nəticələnir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İmtahanlar yekunlaşdı: ixtisas seçimində nələrə diqqət edilməlidir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.