Cəmiyyət

Bakıda baxımsız eskalator: qadın ağır xəsarət aldı - VİDEO

25 İyul 2016 21:15
3 Şərh     Baxış: 2 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeraltı piyada keçidində eskalatordan istifadə edən vətəndaş az qala canından olacadı.

Svetlana Petrova axşam saatlarında eskalatorla keçiddən çıxarkən ayaqla qalxmalı olub. Bu zaman eskalatorun pillələrindən biri qopub.

Eskalatordan yıxılan Svetlana Petrova üzündən ağır xəsarətlər alıb.

Arzu olunmasa da bənzər hadisə esakalatordan istifadə edən digər vətəndaşların da başına gələ bilər. Çəkiliş zamanı eskalatorun hələ də işlək olmadığının şahidi olduq. Keçiddən istifadə edənlər esakalatorun uzun müddətdir işləmədiyini deyirlər. Bu hal xüsusiilə də yaşlı insanlar üçün problem yaradır.

Məsələ ilə bağlı "Azəravtoyol"dan "Xəzər Xəbər"ə bildirildi ki, keçidlərə nəzarəti bir özəl şirkət həyata keçirir. Probelmin aradan qaldırılması üçün şirkətə göstəriş olunub. Keçidə nəzarət edən şirkətlə əlaqə saxlamaq isə mümkün olmadı.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda baxımsız eskalator: qadın ağır xəsarət aldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.