Cəmiyyət

Avtoreyd zamanı sərxoş sürücülər saxlanıldı - VİDEO - FOTO

25 İyul 2016 18:58
1 Şərh     Baxış: 2 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Şəhər Yol Polis Şöbəsinin əməkdaşları yollarda təhlükəsizliyi təmin etmək, yol hərəkəti qaydalarını pozan, xüsusən sərxoş  sürücüləri aşkarlamaq üçün reyd keçirib.

Milli.Az Region TV-yə istinadən bildirir ki, reyd zamanı yol polisi sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi hallarına qarşı sərt tədbir görüb.

Polis əməkdaşları spirtli içki içməsi şübhə doğuran sürücüləri həkim nəzarəti altında alkotesdən keçirdikdən sonra qanuna uyğun tədbirlər görüb. Sərxoş sürücülərin avtomobillərini yol polisinin əməkdaşları cərimə meydançasına aparıb.

Gəncə Şəhər Yol Polisi Şöbəsi sürücülərdən xahiş və tələb edir ki, sükan arxasında spirtli içki qəbul etməsinlər və ən əsası bütün qaydalara əməl etsinlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtoreyd zamanı sərxoş sürücülər saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.