Cəmiyyət

Qarpız zəhərlənmələrinin əsas səbəbi bilindi - VİDEO - FOTO

25 İyul 2016 18:07
5 Şərh     Baxış: 13 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay aylarında qida zəhərlənmələri artıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, son vaxtlar qarpızdan zəhərlənənlərin sayı digər məhsullara nisbətən daha çoxdur. Bu halın yaranmasının əsas səbəbi isə qarpıza qədərindən daha çox gübrənin verilməsidir. Həkimlər bu bostan bitkisinin, kəsilməzdən əvvəl, yaxşıca yuyulmasını məsləhət görürlər. Kəsildikdən sonra qarpızın daxilində ağ və ya sarı zoğların olduğu ortaya çıxarsa, onun yeyilməsi tövsiyə olunmur. Rəngi dəyişmiş qarpızın yeyilməsi də insan sağlamlığı üçün təhlükəli ola bilər.

Gəncə şəhərinin Baş İnfeksionisti İradə Dəmirovanın sözlərinə görə, belə xəstələr mütləq həkim nəzarətində olmalıdır: "Belə xəstələrin mütləq mədələri yuyulub, bağırsağı təmizlənməlidir. Bundan sonra intoksikasiyanı götürmək üçün lazım gələrsə, vena daxilinə infuziyalardan istifadə edirik. Bəzi hallarda antibiotiklərdən də istifadə edə bilərik, əgər lazım gələrsə".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qarpız zəhərlənmələrinin əsas səbəbi bilindi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.