Cəmiyyət

Ağcabədidə əkin sahəsində raket qalıqları tapılıb - FOTO

24 İyul 2016 16:34
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədidə əkin sahəsində raket qalıqları aşkar edilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə bildiriblər ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və "102" Xidməti - Zəng mərkəzi sisteminə Tərtər rayonu Şıxarx kəndi ərazisində 2 ədəd partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş bir ədəd partlamamış hərbi sursat (O-412, 100 mm-lik top mərmisi) götürülərək zərərləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Həmçinin Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisində yerləşən əkin sahəsində bir ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1.4 metr dərinlikdən aşkar olunmuş partlamış 9M22U raketinin (Qrad) qalıqları götürülüb.

Partlayış yerinin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.