Cəmiyyət

Ümid və Samirə sevgilərini belə əbədiləşdirdilər - VİDEO

24 İyul 2016 16:25
7 Şərh     Baxış: 11 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün onların ən xoşbəxt günüdür. Ümid və Samirə sevgilərini beləcə əbədiləşdirdilər. Milli.Az atv.az-a istinadən bildirir ki, Ümid məzunlar evinin sakinidir. O, valideyin himayəsindən məhrum olan gənclərlə birgə yaşayır. Qısa zaman öncə Masallı rayon sakini Samirəni görüb, bəyənib və gənclər evlənmək qərarına gəliblər. Əvvəl Məmmədovlar ailəsi qızı vermək istəməsə də daha sonra bu izdivaca razı olublar. 

Toy Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Abşeron rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi tərəfindən təşkil edilib. Məzun evinin direktoru Rüxsarə Axundova deyir ki, bu artıq məzunlar evində beşinci toydur.

Qeyd edək ki, Məzunlar evində daha iki gəncin toyuna hazırlıq gedir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ümid və Samirə sevgilərini belə əbədiləşdirdilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.