Cəmiyyət

İki azyaşlı uşağın izi ilə... - Onları Azərbaycana gətirmək mümkün olacaqmı? - VİDEO

24 İyul 2016 14:18
8 Şərh     Baxış: 4 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

57 yaşlı Sevil Əhmədovanın həyacanına səbəb Rusiyada yaşayan qardaşı uşaqlarını qəyyumluğa götürmək istəyi, amma buna nail ola bilməməsidir. Dediyinə görə, bir neçə il bundan əvvəl qardaşı Rusiyada dünyasını dəyişib və onun əslən rus olan xanımı övladlarından imtina edərək başqa yerə köçüb. Milli.Az atv.az-a istinadən bildirir ki, Səbinə və Artyom adlı balacalar Mərkəzi Uralda yaşayan nənələrinin himayəsinə keçib. Amma nənə də nəvələrinə sahib çıxmaq istəmir.

İndi Sevil Əhmədovanın bir istəyi var. Uşaqları Bakıya gətirərək, onlara əsl ailə sevgisi bəxş etmək və təhsil vermək.

Son dövrlər bu cür müraciətlərin sayının artdığını deyən Ailə Qadın və Uşaq Poroblemləri üzrə dövlət komitəsinin hüquqi təminatı şöbəsinin müdir müavini Vəsilə Möhsümova qeyd edir ki, ən çox müraciət Rusiya dövlət uşaq müəsisəilərindən daxil olur. O ki qaldı mövcud problemə komitəinin nümayəndəsi deyir ki, Sevil Əhmədova əvvəlcə rəsmi şəkildə quruma müraciət etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.