Cəmiyyət

Kimisi imtahanda bilik nümayiş etdirdi, kimisi də yatdı - VİDEO

23 İyul 2016 21:16
10 Şərh     Baxış: 4 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. 29 mindən artıq abituriyent tələbə adı uğrunda yarışıb.

Kimisi biliyini nümayiş etdirmək üçün tər tökdü, kimi də yorğunluqdan yatdı...

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı həyəcanlı anlarla yadda qaldı.

Abituriyentlərlə yanaşı, imtahan binaları önündə onları gözləyən valideynləri də xeyli həyəcanlı idilər.

3 saat davam edən bilik yarışından sonra kimisi imtahan zalından dostlarının çiynində çıxdı, kimisi də ağlayaraq...

Savadına arxayın olan abituriyentlərlə yanaşı, imtahana hazırlaşmayıb, bəxtinə güvənənlər də var idi.

Çıxışda valideynlərin bir yerə cəmlənməsi abituriyentlərə ciddi maneə yaratdı.

İmtahan keçirilən bəzi binaların önündə isə avtomobil tıxacları müşahidə olundu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kimisi imtahanda bilik nümayiş etdirdi, kimisi də yatdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.