Cəmiyyət

Azərbaycanda qasırğa evləri uçurdu, maşınları əzdi - VİDEO

23 İyul 2016 21:09
0 Şərh     Baxış: 2 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evlərin damı uçub, avtomobillərə ziyan dəyib- güclü külək Şimal-Qərb bölgəsində xeyli ziyana səbəb olub.

Ötən axşamdan başlayaraq Zaqatalada güclü küləklə müşayiət olunan leysan yağıb. Külək rayon mərkəzinə və bir neçə kəndə ciddi ziyan vurub. 11 çoxmənzilli yaşayış binasının, 39 fərdi yaşayış evinin və bir neçə inzibati binanın dam örtüyü uçub. Bəzi ərazilərdə dam örtüyü uçaraq maşınların üzərinə düşüb və 8 minik avtomobili zədələnib. 30-a yaxın iri gövdəli ağac aşıb, rabitə və qaz xətləri qismən sıradan çıxıb. Rayonun bəzi hissələrinə enerji və təbii qazın verilişində fasilələr yaranıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, cəhər saatlarından etibarən fəsadların aradan qaldırılmasına başlanılıb. Yollar təmizlənib,elektrik enerjisinin verilişi tam,təbii qazın verilişi isə əksər hissələrdə bərpa edilib. Tikinti materialları gətirilərək ziyan dəymiş binaların bərpasına başlanılıb.

Güclü külək və leysan Balakəndə də fəsadlara yol açıb. Rayon mərkəzində və 17 kənddə 400-dən çox fərdi yaşayış evinə,150-dən çox yardımçı tikiliyə, sahibkarlıq obyektlərinə, inzibati binalara və məktəblərə ciddi ziyan dəyib. Rayon Mərkəzi Xəstəxanasının dam örtüyü uçub, əməliyyat bloku sıradan çıxıb.

Təcili tibbi yardım maşınlarının və növbədə olan həkimlərin sayı artırılıb.Elektrik və rabitə sisteminə də ziyan dəyib.Rayonda təbii qazın verilişi dayandırılıb.Talalar kəndində Güclü külək zamanı uçan yardımçı tikili qayınana və gəlinin üzərinə düşərək xəsarət yetirib.Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Şəkidə isə güclü leysan yağışları fəsad törədib.Kiş çayında yaranan sel bir neçə gün öncə salınmış alternativ yolu dağıdıb.

Bu səbəbdən də kəndə təbii qazın verilişi dayandırılıb.

Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb.Rayon mərkəzindəki su xətləri sıradan çıxdığından bəzi ərazilərə suyun verilməsində fasilələr yaranıb.Hazırda hər 3 rayonda dəymiş ziyanın miqdarı müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda qasırğa evləri uçurdu, maşınları əzdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.