Cəmiyyət

​Lənkəranda yol qəzası: 3 ölü

23 İyul 2016 21:05
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Report"a istinadən bildirir ki, iyulun 22-si gecə saatlarında Lənkəranda avtoqəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev bu gün dünyasını dəyişib.

Hadisə ötən gecə Ələt-Astara magistralının Lənkəran rayonu, Hirkan qəsəbəsindən keçən hissəsində baş verib. Rusiyaya məxsus "C-047-BY" dövlət qeydiyyat nişanlı "VAZ-21099" markalı minik avtomaşınının "Ford" markalı "07-BG-455" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər. Avtomobildə olan daha bir sərnişin Xanəli İnətullayev isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunmuşdu.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.