Cəmiyyət

Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

23 İyul 2016 20:57
0 Şərh     Baxış: 2 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda iki evdə yanğın olub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib.  Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.
 
Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.
 
Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.
 
Başqa bir yanğın hadisəsi isə Qovlar şəhərində Xəqani Əsgərovun mənzilində aşkar olunub. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Evin 40 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb.
 
Qeyd edək ki, X. Əsgərov DYP-nin Tovuz rayonunda yerləşən 10 saylı Rayonlararası Qeydiyyat və İmtahan Şöbəsinin rəisidir.
 
Yanğının baş vermə səbəbləri araşdırılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.