Cəmiyyət

21 nəfər qarpız və qovundan zəhərlənib - VİDEO

23 İyul 2016 17:57
0 Şərh     Baxış: 3 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraitinin isti keçməsi ilə əlaqədar günvurma ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artıb.

EL TV (Region TV) xəbər verir ki, bu barədə Saatlı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan, həmçinin bildirilib ki, qarpız, qovun, pomidor kimi tərəvəzlərdən zəhərlənmə halları da çoxalıb. Mövsüm ərzində bu tərəvzələrdən istifadə etdikdən sonra narahatlıq hiss edən 21 nəfər xəstəxanaya müraciət edib.

Onlara lazımi yardım göstərilib. "Pomidorun, qovun və qarpızın çıxmasıyla əlaqədar olaraq xəstələr bizə müraciət eləyirlər. Biz onlara mədəsini yumaqla və fiziloji məhlullar köçürməklə yardım göstəririk", - deyə Saatlı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Etibar İbişov bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

21 nəfər qarpız və qovundan zəhərlənib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.