Cəmiyyət

Qasırğa Azərbaycanın bir hissəsini zülmətə qərq etdi - FOTO - VİDEO

23 İyul 2016 12:30
0 Şərh     Baxış: 6 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:30

Zaqatala və Balakən rayonlarında axşam saat 19:30 radələrində güclü tufanla müşahidə olunan leysan yağış yağıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, tufan, əsasən, Zaqatala şəhərinə və yuxarı Tala kəndinə ziyan vurub. Şəhərdə müxtəlif yaşayış və inzibati binalara, fərdi evlərə ciddi ziyan dəyib. Rabitə, enerji və qaz xəttləri sıradan çıxıb. Rayonun bəzi hissələrində enerji verilişi dayandırılıb. Fərdi maşınların üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib. Hazırda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.

Güclü külək və leysan yağış Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini uçurub. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlarına leysan nəticəsində ciddi ziyan dəyib. Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyü, 51 saylı Yol İstismar İdarəsinin əsas və köməkçi binalarının dam örtüyü, bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərinin dam örtüyü sıradan çıxıb. Qasırğa nəticəsində rayonun elektrik və rabitə sisteminə ziyan dəyib, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Vəziyyətlə əlaqədar rayonda təbii qazın verilişi dayandırılıb.

Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Zaqatala və Balakəni qasırğa vurdu

-----------

07:59

İyulun 22-i axşam saat 19 radələrində Zaqatala və Balakən rayonları ərazisində qeyri sabit hava şəraiti hökm sürüb, qısa müddətli qasırğa baş verib,  leysan yağıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, qasırğa  əsasən Zaqatala şəhərinə və rayonun Yuxarı Tala kəndinin dağətəyi hissəsinə ciddi ziyan vurub. Qasırğa nəticəsində  yaşayış və inzibati binaların,  fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan dəyib, bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb. Rabitə və elektrik naqilləri qırılıb.  Bir çox maşınlara üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib. Rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon rəhbərliyi,   Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müvafiq qurumlar axşam saatlarından başlayaraq  fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.
 
Qasırğa və leysan yağış  Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa  Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini qoparıb yerə salıb. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlara leysan nəticəsində ciddi  ziyan dəyib. Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyü,  51 saylı Yol İstismar İdarəsinin  əsas  və köməkçi binalarının dam örtüyü,  bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərin dam örtüyünə ciddi ziyan dəyib. Qasırğa nəticəsində rayonun elektrik və rabitə sisteminə ziyan dəyib, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.  Vəziyyətlə əlaqədar rayonda təbii qazın verilişi dayandırılıb.Hazırda  rayonda fəsadların ardan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.