Cəmiyyət

Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?

23 İyul 2016 18:10
1 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayda sağlam qidalanmaq vacib amillərdəndir. Çünki həm temperaturun yüksəlməsi, həm də qidalanma vərdişlərindəki dəyişikliklər bir sıra fəsadlara yol aça bilər. Bu baxımdan insan səhhətində yarana biləcək yüksək təzyiq, ürək çatışmazlığı və mədə-bağırsaq sistemindəki pozuntuları göstərmək mümkündür. İsti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi və ürək bulanması kimi fəsadlar da ortaya çıxır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, türkiyəli diyetoloq Berna Ertuğ yayda ən çox çəki artıran 9 qida növünü müəyyən edib. Həmin qidalara aşağıdakılar aiddir:

- Manqalda ət, yəni manqalda qızardılan sosis ən çox çəki atıran bir nömrəli qidadır;
- Sosisli sendviç - bir sendviçdə 320 kalori var. Amma bir sendviçlə doymaq çətindir;
- Kartof salatı - sadə kartof salatında 436 kalori var. Ancaq eyni miqdarda kələm salatı sadəcə 150 kalori təşkil edir;
- Buzlu içkilər - meyvələrin kaloriləri 245-490, 300-800 arasında dəyişir. Ən yaxşısı yayda ancaq su içməkdir;
- Dondurma - bir qab dondurmanın tərkibində 380 kalori və 22 qram yağ var. Ancaq şokoladlı, badamlı dondurmalarda bu rəqəm iki dəfə artır;
- Qızardılmış kartof və pendir;
- Qızardılmış toyuq salatı;
- Çipslər;
 
Diyetoloq Nərgiz Nəzərova qeyd edib ki, insan yay aylarında ilk növbədə bədənindəki suyun təmininə diqqət etməlidir: "Yay ayında isti havaların olması insan orqanizmində ciddi proseslərin getməsinə səbəb olur. İlk olaraq insan üçün həyatı əhəmiyyəti olan suyun miqdarı tər və ya digər yollarla azalır. Bu baxımdan insan mütləq orqanizmində suyun miqdarını təmin etməlidir. Hər bir insan bol miqdarda adi su qəbul etməlidir. Qazlı sulardan və ya süni qatqılı sulardan imtina etməlidir. Təbii ki, insan orqanizmi lazım olan qidaları da qəbul etməlidir. Yeməklə bağlı insan mütləq müəyyən normalara riayət etməlidir. İlk olaraq insan çalışmalıdır ki, az miqdarda 4-5 dəfə yemək qəbul etsin. Gündəlik qidalanmada 4 əsas qida qrupundan - süd və süd məhsulları, ət-quru paxlalılar-yumurta-pendir,çörək-taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Bol göyərti və tərəvəzli yeməklərə üstünlük vermək zəruridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.