Cəmiyyət

Göz yummaq, əfv etməkdən də üstündür

23 İyul 2016 20:45
9 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aqillərdən biri deyir: "Sən vəhşi dil bilməyən canavarı ram edə bilirsən, ancaq insan olan həyat yoldaşını ki, dilini başa düşür, öz sevginin əsiri edə bilmirsən?!".

Ona görə də həyat yoldaşı gərək ailə ağacını sulamaq və onu sevgi bulağı ilə sirab etmək üçün əlindən gələni etsin. Hədislərimizi buyurur ki, əfv etmək və insanların xatasına göz yummaq - başqalarının sevgi və məhəbbətinə səbəb olar. Bu gözəl sifət həyat yoldaşına qarşı da sadiqdir.
"Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz?". ("Nur" 22).
Yəni, mömin insan ilk növbədə bağışlamağı bacarmalıdır və ikinci dərəcədə isə səhvlərinə göz yummalıdır. Göz yummaq, əfv etməkdən də üstündür. Yəni, nəinki görüb bağışlayasınız, bəlkə o xataları heç görməməzliyə vurasınız.
Ayətullah Məzahiri yuxarıdakı ayə ilə bağlı buyurur: "Bu ayənin iki təfsiri vardır: Birincisi budur ki, necə ki, Allahın sizin günahlarınızı bağışlamasını istəyirsiniz, siz də möminlərin xatalarını bağışlayın və onlara göz yumun. İkinci təfsir isə budur ki, əgər belə etsəniz, Allah da həmin işi sizinlə görəcəkdir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan bu dünyada olan sifətləri ilə Qiyamətdə məhşur olar. Əgər qəhr əhlisinizlə -  Qəhharla, əgər intiqam əhlisinizsə - Muntəqəmlə, əgər səttarul-uyubsunuzsa - Səttarul-uyubla üzləşəcəksiniz. Ona görə də qəlbimizdə olan pis sifətləri: kini-küdurəti, həsədi, riyanı ataq ki, Qiyamət günü Allahla Cəmil sifətləri ilə görüşə bilək.
Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey dünya və axirət yaxşılıqlarındandır: səninlə əlaqəsini kəsənlə əlaqə yaradasan, sənə zülm edəni bağışlayasan, o kəs ki, səni məhrum edər - bəhrələndirəsən".
Bizə yaxşılıq edən insanlara yaxşılıq etmək elə də çətin bir iş deyildir. Hətta heyvanlar belə, onlara yaxşılıq edənlərə sadiq olurlar. İnsan öz həqiqi "mən"liyini o zaman qazanır ki, ona pislik edənə yaxşılıq edir. Bu, həqiqi əxlaqdır.
Bir qadın ərindən şikayət etmək üçün şəhərin aqil insanının yanına gedir və ondan ərinin sevgisini qazanmaq üçün məcun istəyir. Aqil ona belə bir məcunun olduğunu deyir və ona bir neçə tövsiyə verir. Aqil deyir ki, bu məcunu hazırlamaq üçün mənim bir neçə canavar balasının tükünə ehtiyacım vardır. Qadın gedir və bir neçə gün sonra canavar tükü ilə qayıdır. Aqil təəccüblənir ki, bu tükü haradan gətirmisən? Qadın deyir: "Əvvəl meşədə dolandım ki, canavarın yuvasını tapım. Sonra onlar üçün hər gün bir qədər ət parçası apardım. Bu yolla anasının etimadını qazandım. Beləliklə canavar balalarına yaxınlaşıb tüklərini qoparda bildim".
Aqil deyir: "Sən vəhşi dil bilməyən canavarı ram edə bilirsən, ancaq insan olan həyat yoldaşını ki, dilini başa düşür, öz sevginin əsiri edə bilmirsən?! Həyat yoldaşın ki, canavardan da pis deyildir. Qayıt və həyat yoldaşına o qədər sevgi göstər ki, sənə ram olsun".
"Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir". ("Təğabun" 14).
Əgər kişi evdən çıxan zaman xanımı ilə pis rəftar edibdirsə, evə qayıdan zaman bir dəstə gül alıb onun könlünü alsın. Əgər qadın ərinə qarşı kobudluq edibdirsə, gözəl rəftarları ilə ürəyini almağa çalışsın. Hər bir halda hansı tərəf səhv edibdirsə, qarşı tərəfə özünü əfv etdirməyi bacarsın.
Əgər cütlərin həyatında problem yaranarsa, o deməkdir ki, hər ikisinin də xatası vardır. Əgər onlardan biri yaxşı rəftar etsəydi, ailələrində heç bir zaman problem yaranmazdı.
Çalışaq, Allah bəyənən bir ailə olmağa nail olaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.