Cəmiyyət

Behişt və cəhənnəmi biz özümüz hazır edirik

23 İyul 2016 18:45
5 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərcəyi təqlid Ayətullah Hüseyn Məzahiri əxlaq dərsində buyurmuşdur: "Qəbrimizin bizim tərəfimizdən edilən yaxşı əməllərə ehtiyacı vardır ki, ölümdən sonra bu ev abad olsun.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəzi insanlar qəbir və axirət aləminə qarşı etinasızdırlar. Bu dünyadan sonra üçün bir iş görmürlər. Ona qarşı qəflət edirlər. Onlara ölən zaman bərzəx aləmi və axirətləri üçün pis nəticələr vardır.
O insanlar ki, bərzəx aləmləri və axirətləri üçün iş görüblər - yaxşı behişt hazır ediblər. O insanlar ki, axirətə görə qəflət ediblər və azuqə toplamayıblar - yaxşı aqibətləri olmaz.
Başqaları bizim üçün bərzəx və axirət behişti və cəhənnəmi deyildirlər. Bəlkə bizim əmələrimizin nəticəsi bizim üçün behişti və cəhənnəmi hazır edər. Ona görə də əməllərimizə diqqət etməliyik.
İnsanlar gərək bir-birinə qarşı yaxşı rəftar etsinlər. Çünki pis rəftarlar qəbir əzabı gətirər. Bəzən bu pis rəftarlar səbəb olar ki, insan Əhli-Beyt (ə) davamçısı olmaqdan xaric olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.