Cəmiyyət

Məsciddə hansı davranış qaydalarına riayət etmək lazımdır?

23 İyul 2016 18:15
1 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məsciddə riayət edilməsi davranış qaydaları çoxdur, onlardan bəzilərini qeyd edirik. Məscidə girməzdən əvvəl dəstəmaz almaq, içəri girərkən öncə sağ ayağı içəri qoymaq, məsciddən çıxanda isə əvvəlcə sol ayağı çölə qoymaq müstəhəbdir. Məscidə daxil olan kimi iki rükət təhiyyat (məscidi salamlamaq) namazı qılmaq müstəhəbdir. Təhiyyat namazı eynilə sübh namazı kimi qılınır, yalnız niyyətində təhiyyat namazı qılındığı nəzərə alınır.

Milli.Az islam.az-a istinadən bildirir ki, məscidin içində sakitliyə riayət etmək lazımdır. Qışqıra-qışqıra danışmaq, ucadan gülmək yolverilməzdir. Yaxşı olar ki, namaz qılanlara mane olmamaq üçün onların qabağından yox, arxasından keçəsiniz, namaz qılan adamın düz qarşısında - qiblə istiqamətində oturmayasınız.

Məscidə gedəndə təmiz və səliqəli libas geyinmək, saç-saqqalı daramaq, ətir vurmaq müstəhəbdir. Xüsusilə, başqalarına narahatçılıq törədən, pis qoxu yayan qidalardan yeyib, sonra məscidə getmək bəyənilmir. Məscidin təmizliyi ilə məşğul olmaq, məscidə gələnlərə xidmət etmək böyük savaba malikdir.

Məsciddə uzanmaq, yatmaq, yemək, dini işlərdən başqa məsələlər haqqında danışmaq, alver etmək, məscidə silahla daxil olmaq məkruhdur (bəyənilməzdir).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.